Avropa Parlamentində qadın hüquqları müzakirə olunub

Məryəm Göka: “Məclisin 14%-ni qadınlar təşkil edir”

247385
Avropa Parlamentində qadın hüquqları müzakirə olunub

Avropa Parlamentində qadın hüquqları mövzusu müzakirə olunub.
Toplantıda iştirak edən Ədalət və İnkişaf Partiyası Qadın Komitəsi sədr müavini Məryəm Göka, 2002-ci ildən bu zamana qədər Türkiyə siyasətində qadınların fəallaşdığını vurğulayıb. Göka, məclisin 14 faizini qadınların təşkil etdiyini, 7 iyun seçkilərində isə bu rəqəmin 20-yə yüksələcəyinə inandıqlarını bildirib. Bundan başqa toplantıda qadına şiddətin qarşısının alınması məqsədi ilə Avropa Şurası tərəfindən hazırlanan İstanbul Konvensiyasını imzalayan ilk ölkənin Türkiyə olduğuna diqqət çəkilib. 2011-ci ildə hazırlanan İstanbul Konvensiyasını, Belçika daxil olmaqla bir çox Avropa ölkəsinin imzalamamasını tənqid edən digər iştirakçılar, lazımi qanuni tənzimləmələrin həyata keçirilməsi üçün müraciət edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr