Yəmənlə bağlı diplomatik tıxac

Türkiyə və bölgə ölkələri Yəmən böhranının həll yollarını tapmaq üçün gərgin diplomatik fəaliyyətdədir.

232793
Yəmənlə bağlı diplomatik tıxac

 Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan İran səfərindən döndükdən sonra artıq Ankara və Tehran Yəmənlə bağlı ortaq mexanizm üzərində düşünməyə başlayıb.

 Xarici İşlər Nazirliyinin dövlət katibi Tanju Bilgiç Ankarada təşkil edilən mətbuat konfransında Türkiyənin Yəmən hadisələrində qərarlı mövqe tutduğunu vurğulayıb və deyib: “Husilərin hərəkətləri Yəməni parçalamanın qapısıdır. Hakimiyyət isə gücsüzdür”.

 Körfəz Əməkdaşlıq Komitəsinin əməliyyatına Türkiyənin də dəstəyini nəzərə çatdıran Tanju Bilgiç məlumat verərək bildirib ki: “Bu birliyin siyasi dialoq və qarşılıqlı razılaşmaya zəmin hazırlayacağına inanıram. Arzumuz Husilərin işğal etdikləri yerlərdən geri çəkilməsi, ağır silahları təhvil vermələri, qanuni prezident qəbul etmələri və siyasi dialoq prosesinə başlamalarıdır. Yaxın gələcəkdə məsələ ilə bağlı nazirlər səviyyəsində danışıqlar olacağı gözlənilir.”

 Bilgiç onu da deyib ki, “Bu günə qədər 230 Türkiyə vətəndaşı Yəməndən qayıdıb, bir qisimi isə öz istəkləriylə ölkədə qalıb.”


Etiketlәr:

Әlaqәli Xәbәrlәr