Dövlәt başçısı Rәcәb Tayyıb Әrdoğan İranda bir günlük sәfәrdәdir

Prezident Ərdoğan İrana sәfәri çәrçivәsindә , dini lider Ayətullah Seyyid Əli Xameneyi ilə də görüşəcәk.

229620
Dövlәt başçısı Rәcәb Tayyıb Әrdoğan İranda bir günlük sәfәrdәdir

Dövlәt başçısı Rәcәb Tayyıb Әrdoğan İranda bir günlük sәfәrdәdir.
Әrdoğanın Tehrana sәfәri çәrçivәsindә baş tutacaq görüşlәrdә başda Yəmən olmaqla İraq və Suriyada cәrәyan edәn son proseslәr vә digər regional mövzuların ələ alınması gözlənilir.
Prezident Sarayında rəsmi mərasim ilә qarşılanan prezident Әrdoğan, daha sonra İranlı hәmkarı Hәsәn Haşimi ilә tәk-betәk görüşüb.
Cәnab prezident ilә hәmkarı qatılacaqları Türkiyə-İran Yüksək Səviyyəli İş Birliyi Şurasının ikinci yığıncağında müqavilələrin imzalanmasından sonra birgə mətbuat konfransı təşkil ediləcək.
Türkiyədən İrana prezident səviyyəsində 4 il fasilәdәn sonra reallaşan ziyarətdə, Ərdoğan, İranın dini lideri Ayətullah Seyyid Əli Xameneyi ilə də görüşəcək.
Danışıqlarda, Türkiyə-İran arasındakı ikitərəfli əlaqələr dә tәhlil edilәcәk.
Prezident Ərdoğanı İran ziyarətində, Xarici İşlər Naziri Mevlüt Çavuşoğlu, İqtisadiyyat naziri Nihat Zeybekci, Gömrük və ticarət naziri Nurettin Canikli, Enerji və Təbii Qaynaqlar naziri Taner Yıldız, Mədəniyyət və Turizm Naziri Ömər Çelik ilə İnkişaf naziri Cevdet Yılmaz müşayiәt edir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr