Anne Richard bu gün Türkiyədə

Amerika Birləşmiş Ştatları Dövlət Katibliyinin Əhali, Qaçqınlar və Köç üzrə müşaviri En Riçard (Anne Richard) bu gün Türkiyəyə gəlir. O, Ankara və İstanbulda olacaq.

223313
Anne Richard bu gün Türkiyədə

  Richardın Ankarada Türkiyə dövlət səlahiyyətliləri, beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə Suriyadakı humanitar vəziyyətlə bağlı görüşləri gözlənilir. İstanbulda isə En Riçard (Anne Richard) suriyalı qaçqınlarla əlaqədar dəyirmi masa toplantısına qatılacaq. 

  ABŞ-ın Dövlət Katibliyinin Əhali, Qaçqınlar və Köç üzrə müşaviri Türkiyə səfərindən sonra 17 mindən çox qaçqının olduğu İordaniyadakı Azrak qaçqın düşərgəsinə gedəcək.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr