Ərdoğandan İspaniya Kralı Felipә başsağlığı

Prezident Rәcәb Tayyıb Ərdoğan İspaniya Kralı Felipә başsağlığı verib.

281739
Ərdoğandan İspaniya Kralı Felipә başsağlığı

Ərdoğan İspaniya Kralı Felipә başsağlığı verib
Prezident Rəcəb Tayyib Ərdoğan, Fransada sәrnişin tәyyarәsinin qәzaya uğraması nәticәsindә 45 nәfәr dә İspan vәtәndaşının hәyatını itirmәsi sәbәbindәn İspaniya Kralı Felipә telefon edәrәk baş sağlığı verib.
Prezident Ərdoğan, Kral Felipe ilə arasında baş tutan telefon danışığı zamanı Germanwings hava yollarına aid təyyarənin Barcelona-Düsseldorf uçuşu әsnasında Fransada qәzaya uğramasından dərin kədər duyduğunu bildirib. Qәza nәticәsindә hәyatını itirәn 144 sərnişin ilə 6 ekipaj arasında 45 İspan vətəndaşı və bir də Türkün olduğuna diqqət çəkən Ərdoğan, dost İspaniya xalqına və həyatını itirənlərin ailələrinə başsağlığı verib.
İspaniya Kralı Felipe də prezident Ərdoğana göstərdiyi həsslığa görә minnәtdarlığını bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr