''Silah buraxılmadan sülh olmaz''

‘‘Silahların kölgəsində sülh olmaz’’ bunu Prezident Rәcәb Tayyıb Әrdoğan mәnzil istismar idarә rәislәrini qәbulu zamanı deyib.

277871
''Silah buraxılmadan sülh olmaz''

‘‘Silahların kölgəsində sülh olmaz’’ bunu Prezident Rәcәb Tayyıb Әrdoğan mәnzil istismar idarә rәislәrini qәbulu zamanı deyib.
"Silahlar buraxılmasa həll prosesi irәlilәmәz” deyən Ərdoğan sözlərinə belə davam edib: ‘‘2005-ci ildə Diyarbəkirdə qardaşlarıma dedim ki, Kürd məsələsi mənim məsələmdir.’’ İnkar siyasətini rәdd edәrәk kürd problemi anlayışı reallığını itirdi. Daha Türkiyәdә kürd problemi yoxdur, Kürd qardaşlarımın problemləri vardır.’’
Həll prosesini özünün başlatdığını da xatırladan prezident Ərdoğan, ‘‘Tek başımıza da qalsaq, bu prosesin uğurla nәticәlәnmәsi üçün lazımlı sәyi edәcәyik” deyә vurğulayıb.
Prezident Әrdoğan paytaxt Ankarada baş tutan Qızıl aypara cәmiyyәtinin Fövqəladə Baş Assambleyasında da etdiyi çıxışında
‘‘Qızıl aypara cәmiyyәtinin simvolu olan qırmızı aypara, bu bayrağın dalğalandığı hәr yerdә, yardımın, ümidin adı olmuşdur’’ deyib.
İraqdan, Suriyadan gələn qaçqınların Qızıl aypara cәmiyyәti tәrәfindәn qarşılandığını xatırladan prezident, təşkilatın 10 il əvvəl 45 milyon dollar olan humanitar yardım miqdarı, hazırda 4,5milyard dollara çatıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr