Truong Tan Sangdan prezident Әrdoğana dәvәt

Mövlüt Çavuşoğlu Vyetnam prezidenti Truong Tan Sang tərəfindən qəbul edilib.

270988
Truong Tan Sangdan prezident Әrdoğana dәvәt

Xarici işlər naziri Mövlüt Çavuşoğlu, Asiya Sakit okean səfərinin 2-ci günündə Vyetnam prezidenti Truong Tan Sang tərəfindən qəbul edilib.

Prezident Sarayında baş tutan görüş mətbuata bağlı keçib.

Diplomatik mənbələrdən verilən məlumata görə, prezident Truong Tan Sang, görüş zmanı prezident Rəcəb Tayyib Ərdoğanı ölkəsinə dəvət edib.

Görüşdə, Türkiyə ilə iqtisadi və ticarət əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayan Truong Tan Sang, iki ölkə arasındakı ticarət dövriyəsini 3 milyard dollara çatdırmaq niyyətində olduğunu bildirib.

Mədəni əlaqələrin qenişləndirilməsini, turizm sektorunu inkişaf etdirimək üçün birbaşa aviauçuşların sayinin artırılmasını vurğulayan prezident, hər sahədə əməkdaşlıq etməyə hazır olduqlarını bildirib.

Türkiyənin Asiya bölqəsinə xüsusi əhəmiyyət verdiyinin vurğulayan Çavuşoğlu isə, prezident Truong Tan Sangı Türkiyəyə dəvət edib.

Qeyd edək ki səfər çərçəvəsində Nazir Vyetnamlı həmkarı Pam Bin Minlədə görüşüb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr