" Sülh qatarı" Ankarada

“Sülhə nəzər sal”

262122
" Sülh qatarı" Ankarada

“ Sülh Qatarı” Ankarada

  Həll müddətinə qeyri-hökumət dəstəyi qazandırmaq üçün İstanbuldan hərəkət edən“ Sülh qatarı” Kocaeli və Əskişəhərdən sonra Ankaraya gəlib.
  Qatarla “Sülhə nəzər sal” Platforması tərəfindən təşkil edilən, jurnalist, yazıcı və digər ictimai fəallardan ibarət qrupunu Türkiyə Dövlət Dəmiryolları səlahiyyətliləri və bəzi qeyri-hökumət təşkilatlarının nümayəndələri qarşılayıblar.
  Ankara stansiyasında qısa bir toplantı keçirən “Sülhə nəzər sal” Platforması bildirib ki, gələn qrupla iki gün ərzində Ankarada görüşlər keçirəcəklər.
  “Sülh qatarı” marşruta görə 21 mart Novruz bayramı günü Diyarbəkirdə olacaq.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr