"Onun geri dönməsi hər kəsi məmnun edən qərardır", Çavuşoğlu

Maltaya Türkiyə tarixində xarici işlər səviyyəsində ilk səfəri gerçəkləşdirən Xarici İşlər naziri Mövlud Çavuşoğlu həmkarı Corc Vella ilə birlikdə mətbuat konfransında çıxış edib və gündəmlə bağlı jurnalislərin suallarını cavablandırıb.

257531
"Onun geri dönməsi hər kəsi məmnun edən qərardır", Çavuşoğlu

  Çavuşoğlu Hakan Fidanın Milli İstihbarat Təşkilatına vəzifəsinə geri dönməsinin hər kəsi məmnun edən bir qərar olduğunu söyləyib.

  Xarici İşlər naziri sonra Maltanın baş naziri Cozef Muskatla (Muscat) bir araya gəlib, Liviya mövzusu barədə ətraflı fikir mübadiləsi ediblər.

  Mövlud Çavuşoğlunun Maltadak son dayanacağı Türk Şəhidliyi olub. Xatırladaq ki, bu məzarlıqda 1565-ci ildə Osmanlı dövlətini müdafiə edən, eyni zamanda, 1-ci Dünya müharibəsində şəhid olan əsgərlər uyuyur.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr