Mevlüt Çavuşoğlu Albaniyaya rəsmi səfərə gedib

Türkiyə Xarici İşlər naziri Mevlüt Çavuşoğlu və Gənclər və İdman naziri Akif Çağatay Kılıç Albaniyanın paytaxtı Tiranda rəsmi səfərdə olub.

231089
 Mevlüt Çavuşoğlu Albaniyaya rəsmi səfərə  gedib

Türkiyə Xarici İşlər naziri Mevlüt Çavuşoğlu və Gənclər və İdman naziri Akif Çağatay Kılıç Albaniyanın paytaxtı Tiranda rəsmi səfərdə olub. Nazirlər səfərləri çərçivəsində Albaniyanın Xarici İşlər naziri Ditmir Buşati ilə bir araya gəlib.
Çavuşoğlu, Albaniya ilə Türkiyə arasındakı siyasi əlaqələrin mükəmməl səviyyədə olduğunu söyləyib.
Mevlüt Çavuşoğlu, növbəti sədrliyini Albaniyanın icra etdiyi Cənub-Şərqi Avropa Ölkələri Əməkdaşlıq prosesinin qeyri-rəsmi Xarici İşlər Nazirləri Yığıncağı öncəsi ötən gün təşkil edilən qəbula qatılıb.
Çavuşoğlu qəbulda, müvəffəqiyyətli bir dövr başçılığı icra edən Albaniyanı təbrik edib.
Mevlüt Çavuşoğlu, Cənub-Şərqi Avropa Ölkələri Əməkdaşlıq prosesinin qeyri-rəsmi Xarici İşlər Nazirləri Yığıncağında Türkiyəni Gənclər və İdman naziri Kılıçın təmsil edəcəyini bildirib.
Bu arada, Çavuşoğlu, Alban həmkarı Ditmir Buşat ilə görüşüb.
Çavuşoğlu-Buşat görüşməsində, Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının bir an əvvəl həyata keçirilməsi, iki ölkə arasındakı ticarətin artırılması və xüsusilə mədəni mövzularda daha çox əməkdaşlıq edilməsi məsələlərinin müzakirə edildiyini bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr