"Tanini Trio" Böyük Britaniyada səhnəyə çıxıb

Türkiyənin instrumental musiqi qrupu İngiltərənin paytaxtı London şəhərində "Toxunuşlar" adlı konsert verib.

223761
"Tanini Trio" Böyük Britaniyada səhnəyə çıxıb

Türkiyənin instrumental musiqi qrupu İngiltərənin paytaxtı London şəhərində "Toxunuşlar" adlı konsert verib. Qrup Məsud Cəmildən Astor Piazzollaya, Çaykovskidən Tanburi Cəmil bəyə qədər Türk və Qərbin say-seçmə musiqilərindən ibarət sintezli bir repertuar təqdim edib.

Özünəməxsus ifalarıyla “King's Place” konsert salonunu dolduran “Tanini Trio”nun üzvləri Tahir Aydoğdu (kanon), Bilgin Canaz (ney) və Hakan A. Toker (piano) yüzlərlə musiqi sevərin sürəkli alğışlarıyla qarşılanıblar.
Konsert Yunus Əmrə İnstitutu, Türkiyənin London Səfirliyi və Mədəniyyət və Tanıtma Müşavirliyi tərəfindən təşkil edilib.

“Tanini Trio” qrupunun növbəti konserti sabah Böyük Britanyanın Glasgow şəhərində olacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr