Türkiyə 2012-ci ildən sonra yenidən "Eurovision"a qatılacaq

Türkiyəyə yeni “Eurovision” qərarı

212717
Türkiyə 2012-ci ildən sonra yenidən "Eurovision"a qatılacaq

  2013-cü ilin səsvermə və püşkatma sistemini tənqid edən TRT “Eurovision” mahnı yarışmasına bir daha qatılmamaq haqqında qərar almışdı. Ancaq Avropa Yayım Birliyinin (EBU) üzr istəməsi və TRT-nin tələblərinin böyük nisbətdə qəbul edilməsi qərarın dəyişilməsinə səbəb olub və artıq TRT-nin müsabiqədə iştirakına isti baxılmağa başlanıb.

  TRT-nin baş direktoru Şenol Göka bu barədə belə deyib: ''Təkcə səsvermə sistemi deyil, əxlaq prinsiplərilə də bağlı bəzi problemlər vardı. Bizim tənqidimiz daha çox bunlarla bağlı idi və “Evrovizyon” Mahnı Yarışmasının rəhbərliyilə razılaşmırdıq. İtaliya, Rumıniya, Bolqarıstan kimi ölkələrdə də bizim kimi bənzər tənqidi fikirlər var idi. Artıq dediklərimizin nəzərə alınacağı deyilib. Həqiqətən də tələblərimiz yerinə yetirilərsə, biz “Evrovizyon”a qatılacağıq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr