Ordu-Giresun havalimanına 100 il qaranti

Türkiyənin Nəqliyyat, Gəmiçilik və Kommunikasiya naziri Lütfi Elvan Ordu-Giresun Havalimanının tikinti sahəsində mətbuat konfransı keçirib.

213135
Ordu-Giresun havalimanına 100 il qaranti

  “Dünyada dəniz üzərində inşa edilmiş üçüncü havalimanı olan Ordu-Giresun havalimanı layihəsiylə qürur duyuruq” deyən nazir daha sonra bu sözləri diqqətə çatdırdı: “Bizi tənqid edən yoldaşlar Orduya, Giresuna gələrək buranı ziyarət etməli, Türk mühəndisləri, podratçıları və texnik işçilərinin nələrə qadir olduqlarını gözlərilə görməlidirlər. Onlar hələ də 40-50-ci illərdə qalmışlar. Mənim tövsiyəm budur: dünya və Türkiyənin inkişafını təqib etsinlər. Artıq Türkiyə köhnə Türkiyə deyil. Yeni Türkiyə isə çox güclü bir Türkiyədir. "

  Havalimanının texniki tərəflərinə də toxunan nazir Lütfi Elvan bunları söylədi: "Havalimanı keçmişdə və bu gün yaşanan bütün hava şəraiti gözə alınaraq salınıb və onun 100 il boyu heç bir şəkildə risk altına girməsi gözlənilmir.”
Nazir onu da qeyd etdi ki, “Havalimanı tamamlandıqdan sonra Qara dəniz bölgəsinin həm iqtisadiyyat, həm də turizm sahəsinə böyük dəyərlər qatacaq.” Sonda isə müjdə verərək "Bir neçə aydan sonra Ordu-Giresun havalimanının açılışını reallaşdıracağıq" dedi.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr