"Turkish Delight" və "Turkish coffee" Almaniyadan dünyaya açılır

“Turkish Delight” və “Turkish coffee” Almaniyadan dünyaya açılır

206472
"Turkish Delight" və "Turkish coffee" Almaniyadan dünyaya açılır

  Köln şəhərində çərşənbə gününə qədər açıq olacaq şirniyyat sərgisinə Türkiyə də 80 firmasıyla qatılıb.

  65 ölkədən 1513 firmanın iştirak etdiyi sərgidə Türkiyənin stendi daha çox nəzəri cəlb edir. Burada qonaqlara müxtəlif şirniyyat və çərəz məmulatları, Türk qəhvəsi və dondurma növləri təqdim olunub.
 

  Şəkərli Məmulatları Tanıtma Qrupu İdarə Heyətinin sədri Hidayət Kadiroğlu avropalıların şokolad mövzusunda çox mühafizəkar olduğunu dilə gətirərək buna daha həssaslıqla yanaşdıqlarını söyləyib:

  "Yüzlərlə növ məhsulumuz var. Amma əsas onları gözəl ənənələrimiz və mədəniyyətimizlə təqdim etməkdir. Burada lokumumuzu “Turkish Delight”, qəhvəmizi isə “Turkish coffee” adlarıyla önə çıxarmışıq”.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr