Ərdoğan ilk dəfə Nazirlər Kabinetini yığacaq

Sabah Prezident Rəcəb Tayyib Ərdoğan, ilk dəfə Nazirlər Kabinetini yığacaq.

188720
Ərdoğan ilk dəfə Nazirlər Kabinetini yığacaq

Sabah Prezident Rəcəb Tayyib Ərdoğan, ilk dəfə Nazirlər Kabinetini yığacaq.
Toplantıda “Paralel yapı” ilə mübarizə, həll prosesi və Avropada yayılan İslam əleyhdarlığı kimi məsələlərin müzakirəsi gözlənilir. Bundan başqa Suriya və İraq başda olmaqla bölgədəki son inkişaflar, Türkiyə-Avropa İttifaqı əlaqələri, müdafiə sənayesindəki investisiyalar və davam edən layihələr barədə mövzular gündəmdə olacaq.
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan, Nazirlər Kabinetini toplayan ilk prezidenti deyil.
4-cü prezident Cemal Gürsel, 6-cı prezident Fəxri Korutürk və 9-cu prezident Süleyman Dəmirəl də 2 dəfə yığıncağa rəhbərlik ediblər. 7-ci prezidenti Kənan Evren 4 və 8-ci prezident Turqut Özal isə 7 dəfə Nazirlər Kabinetinin yığıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr