"Paytaxtı Qüds olan Fǝlǝstin dövlǝti yaxın zamanda qurulmalıdır"

Xarici işlǝr naziri Mövlud Çavuşoğlu, paytaxtı Qüds olan Fǝlǝstin dövlǝtinin yaxın zamanda qurulmasının vacibliyini dilǝ gǝtirib.

152750
"Paytaxtı Qüds olan Fǝlǝstin dövlǝti yaxın zamanda qurulmalıdır"

Xarici işlǝr naziri Mövlud Çavuşoğlu, paytaxtı Qüds olan Fǝlǝstin dövlǝtinin yaxın zamanda qurulmasının vacibliyini dilǝ gǝtirib.
Çavuşoğlu bunu, vǝzifǝ müddǝti başa çatan Fǝlǝstinin Ankara sǝfiri Nǝbil Marufa medal tǝqdim edilǝn zaman etdiyi çıxışda deyib.
Türkiyǝnin Filistin mǝsǝlǝsinǝ verdiyi dǝstǝyin açıq olduğunu söylǝyǝn Çavuşoğlu, "Fǝlǝstinli qardaşlarımızın könlümüzdǝki yeri başqadır. İsrailin hücumları nǝticǝsindǝ yaşanan insanlıq faciǝsi vǝ dağılmanın nǝticǝlǝri aradan qalxmadan Qüdsǝ vǝ Hǝrǝm-i Şǝrifǝ yönǝldilmiş insanlığa yaraşmayan pis ǝmǝliyyatlar bölgǝni yeni bir xaosla üzlǝşdirib. Paytaxtı Qüds olan Fǝlǝstin dövlǝti yaxın zamanda qurulmalıdır.”deyǝ qeyd edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr