Xarici İşlər Nazirliyi Almaniyanı qınayıb

Xarici İşlər Nazirliyi, Dövlǝt başçısı Ərdoğanı və Almaniyada yaşayan türkləri təhqir edən karikaturalara dərs kitablarında yer verilməsini pisləyib.

179906
Xarici İşlər Nazirliyi Almaniyanı qınayıb

Xarici İşlər Nazirliyi, Dövlǝt başçısı Ərdoğanı və Almaniyada yaşayan türkləri təhqir edən karikaturalara dərs kitablarında yer verilməsini pisləyib.
Nazirlikdən verilən açıqlamada, Almaniyada 2011-ci ildə nümayiş olunan karikaturaya bu dəfə türklərin uyğunluq məsələləri problemlərini bəhanə edilərək Baden Vyurtenberq ǝyalǝtindǝki köməkçi dərs vəsaitlərində yer verilməsinin qəbul edilməz olduğu, hadisənin xarici düşmənlik və irqçilik olduğu ifadə edilib. Bunu sərt bir şəkildə tənqid edən Nazirlik: “Azadlıq adı altında həyata keçirilən cəhdin şəxsiyyət haqqlarını pozduğuna, nifrət və xarici düşmənliyi dǝ qızışdırdığına” diqqət çəkib.
Açqlamada alman rǝsmilǝrindǝn buna münasibət bildirilməsi tələb olunub.
Almaniyanın Ankara səfiri Pohl də bununla bağlı Xarici İşlər Nazirliyinə dəvət olunub. Səfir nazir müavini səfir Naci Koru ilə görüşüb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr