Baş nazir regionda cərəyan edən hadisələrdən danışıb

Baş nazir Əhməd Davudoğlu, “Yeni Türkiyə yolunda” başlıqlı çıxışında regionda cərəyan edən hadisələrdən danışıb.

175881
Baş nazir regionda cərəyan edən hadisələrdən danışıb

Baş nazir Əhməd Davudoğlu, “Yeni Türkiyə yolunda” başlıqlı çıxışında regionda cərəyan edən hadisələrdən danışıb.
Kobanidǝ baş verǝnlǝrǝ qarşı ölkǝdǝ törǝdilǝn təxribatçılıq hadisǝlǝrinǝ dǝ toxunan Baş nazir Davudoğlu, “bu hadisǝlǝrlǝ ictimai qaydanın sarsıltmaq istənildiyi bir daha təkrarlandı, terror hərəkətləri ilə ölkədəki qardaşlıq şəraitinin aradan qaldırılması hədəfə alındı” deyib.
Davudoğlu, çıxışında terrorun sona çatması üçün aparılan həll prosesində dayanıqlılıq mesajı verib.
Baş nazir narkotika ilə mübarizəyə də toxunub, qanuni tənzimləmələrin həyata keçməsindən sonra narkotik alverçilərinin terrorist kimi qǝbul edilǝcǝklǝrini söyləyib.
Daha sonra Baş nazir ölkə iqtisadiyyatından danışıb. Türkiyənin dünya ölkələrinə nisbətən get-gedə inkişaf edǝn bir iqtisadiyyata sahib olduğunu qeyd edib.
Davudoğlu, “Bunun ən bariz nümunəsi Trans Anadolu Təbii qaz Boru Xətti Layihəsidir” deyib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr