"Çağdaş seçmə Azərbaycan şeiri

“Çağdaş seçmə Azərbaycan şeiri” (Türkiyə türkcəsində) kitabının hazırlanması işini həyata keçirən işçi qrup kitabı oxucuların ixtiyarına verir.

156673
"Çağdaş seçmə Azərbaycan şeiri


Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Türk Dünyası İnfo” ictimai birliyi çağdaş Azərbaycan poeziyasının beynəlxalq miqyasda tanıdılması layihəsini davam etdirir. Topluda yer alacaq əsərlər Türkiyə türkcəsinə tərcümə olunub.
Qurumdan verilən məlumata görə “Çağdaş Azərbaycan şeirinin təbliği” adlı bu layihə ötən əsrin 90-cı illərində ədəbiyyata gəlmiş ən istedadlı Azərbaycan şairlərinin yaradıcılığını əks etdirir. Layihə əsasında yeni Azərbaycan poeziyasının 14 tanınmış nümayəndəsinin əsərləri ilk dəfə Türkiyə türkcəsində nəşr olunur. “Çağdaş seçmə Azərbaycan şeiri” (Türkiyə türkcəsində) kitabının hazırlanması işini həyata keçirən işçi qrup kitabı oxucuların ixtiyarına verir. “Çağdaş seçkin Azərbaycan şiiri” kitabının təqdimat mərasimi bugün Türkiyə vaxtilə saat 15:00-da Ankarada, TÜRKSOY-un Baş katibliyində keçiriləcək. 500 nüsxədən ibarət toplunun türk dünyasında yayılması nəzərdə tutulub. Kitabın məsləhətçisi professor Nizami Cəfərov, redaktoru isə tanınmış türk şairi Osman Başdır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr