"İslam dünyasının adı İŞİD ilǝ çǝkilǝ bilmǝz"

Baş nazir Davudoğlu, köklü bir siyasi mǝdǝniyyǝtǝ sahib olan İslam icmalarının demokratiyanı yaşatma vǝ inkişaf etdirmǝ gücünǝ sahib olduğunu bildirib.

144094
"İslam dünyasının adı İŞİD ilǝ çǝkilǝ bilmǝz"

Baş nazir Әhmǝd Davudoğlu, Dünya İqtisadi Forumunun son iclasında dünǝn çıxış edǝrǝk deyib ki, Avropa İttifaqı vǝ ABŞ Balkan Ölkǝlǝrindǝki demokratiya prosesinǝ hǝr cǝhǝtdǝn dǝstǝk olur. Әrǝb Baharı adlanan prosesǝ isǝ bu dǝstǝk göstǝrilmǝdi.
Hǝm İraqda hǝm bölgǝdǝ insanların, “Bu Müsǝlmanlar ancaq dǝynǝkli bir lidǝr tǝrǝfindǝn idarǝ edilǝ bilǝrlǝr.” şǝklindǝ düşünmǝyǝ başladığını bildirǝn Davudoğlu, bunun gizli bir irqçilik olduğunu vurğulayıb.
Baş nazir Davudoğlu, köklü bir siyasi mǝdǝniyyǝtǝ sahib olan İslam icmalarının demokratiyanı yaşatma vǝ inkişaf etdirmǝ gücünǝ sahib olduğunu, bu sǝbǝbdǝn dǝ İŞİD vǝ oxşar qruplaşmalarla adının çǝkilǝ bilmǝyǝcǝyini bildirib.
Avropa İttifaqına da sǝslǝnǝn Baş nazir deyib ki, hamımız Avropanın gǝlǝcǝyini birlikdǝ istiqamǝtlǝndirmǝliyik.
Avropanın tǝrk etdiyi demokratiyanı Orta Şǝrqdǝ Türkiyǝnin müdafiǝ etdiyini vǝ etmǝyǝ dǝ davam edǝcǝyini dilǝ gǝtirǝn Davudoğlu, “Balkanları, Qafqazı, Qaradǝnizi, Körfǝzi vǝ Orta Şǝrqi birlikdǝ danışağın. Amma danışdığınız masada biz olmasaq, qǝbul etdiyiniz qǝrarlarla bizim ǝlaqǝmiz olmaz.”deyǝ bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr