Mevlud Çavuşoğlu, Çin xarici işlər naziri Wang Yi ilə bir araya

Mevlud Çavuşoğlu BMT-nın Baş Assambleyasının işi çərçivəsində diplomatik danışıqlarını davam etdirir.

142158
Mevlud Çavuşoğlu, Çin xarici işlər naziri Wang Yi ilə bir araya

Xarici işlər naziri Mevlud Çavuşoğlu Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının işi çərçivəsində diplomatik danışıqlarını davam etdirir. Çavuşoğlu dünən Çin xarici işlər naziri Wang Yi ilə bir araya gəlib.
Görüşdə ikitərəfli və regional münasibətlər müzakirə edilib. Müzakirələrin ardından verilən açıqlamada Çin tərəfinin Türkiyə ilə Sərbəst Ticarət müqaviləsinin imzalanmasının faydalı olacağı bildirilir.
Görüşdə həmçinin ikitərəfli ticarətin daha da inkişaf etdirilməsi, iki ölkə arasındakı parlamentlərarası əlaqələrın gücləndirilməsi, Türkiyənin BMT-nin Təhlükəsizlik Şurasına namizədliyi məsələsində Çinin dəstəyi məsələsi də müzakirə mövzularından olub. Bununla yanaşı Müdafiə və Nüvə enerjisi məsələsində də əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Xarici işlər naziri Çavuşoğlu apardığı görüşlər çərçivəsində Laos, Qvatemala, Costa Rika, Sinqapur, Əfqanıstan və Pakistan xarici işlər nazirləriylə da bir araya gəlib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr