AKP-nin yeni sәdri Әhmәd Davudoğlu

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının 1-ci fövqəladə qurultayı keçirilib.

105764
 AKP-nin yeni sәdri  Әhmәd Davudoğlu

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının 1-ci fövqəladə qurultayı keçirilib.
1245 nəfərin qatıldığı qurultayın gündəliyinə avqustun 10-da keçirilən prezident seçkilərində qalib gələn AKP lideri, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın istefası və partiyaya yeni sədrin seçilməsi məsələləri daxil olub. AKP sədrliyinə yeganə namizəd isə xarici işlər naziri Əhməd Davudoğlu olub.

Qurultayda çıxış edən Ərdoğan partiyaya 13 il 13 gün rəhbərlik etdiyini bildirib vә AKP hökumətinin Türkiyə qarşısındakı xidmətlərini sadalayıb. O, AKP-nin hədəflərinə nail olmasında əməyi keçən bütün partiya ömәnsublarına təşəkkür edib və bu gün keçiriləcək andiçmə mərasimindən sonra Əhmәd Davudoğluna yeni hökumətin formalaşdırılması səlahiyyəti verəcəyini söyləyib.
Davudoğlu da qurultaydakı çıxışında göstərilən etimada görə Ərdoğana təşəkkürünü bildirib və onun əmanətini layiqincə qoruyacaqlarına söz verib. Daha sonra səsvermə keçirilib. Əhmәd Davudoğlu 1382 səslə AKP-nin yeni sədri seçilib.



Etiketlәr:

Әlaqәli Xәbәrlәr