Ərdoğan: " Prezident seçilməm nəhayət deyil, yeni bir başlanğıcd

Ərdoğan, prezident seçilməsinin nəhayət deyil, yeni bir başlanğıc olduğunu söylәyib.

105466
Ərdoğan: " Prezident seçilməm nəhayət deyil, yeni bir başlanğıcd

Ərdoğan, prezident seçilməsinin nəhayət deyil, yeni bir başlanğıc olduğunu söylәyib.
Ankara Arena İdman Salonunda bu gün baş tutan әdalәt vә inkişaf partiyasının fövqәladә qurultayında çıxış edәn Ərdoğan, xalqa xidmәt vәzifәsini uğurla yekunlaşdırmaqda müşavirənin, məsləhətləşmənin, ortaq fikir, ortaq qərarların əhəmiyyətli olduğuna toxunub vә bunun kreslo mübarizәsi olmadığını vurğulayıb. Hər kəsi quçaqlayan hәmrәylik mesajları verib.
Vəzifədə olduğu müddətcə iqtisadiyyatın inkişaf etdirildiyini ifadә edәn Ərdoğan, Türkiyənin beynәlxalq valyuta fonduna olan borcunun ödәndiyini, siyasətin üzərindəki asılılığı bütün müqavimətlәrә baxmayaraq bir-bәbir ortadan kaldırdıklarını qeyd edib. Terrorun sona çatması, qanın dayanması, Avropa ittifaqına üzvlük yolunda lazımlı addımların atıldığını ifadə edən Ərdoğan, Demokratik islahatlar hәyata keçirdiklәrini, insan hüquq və azadlıqlarını daha yüksək standartlara çıxardıqlarını vurğuladı.
"Bu gün Türkiyənin gәlәcәyinin hər zamankindən daha parlaq olduğu bir gündür" deyən Ərdoğan, bütün problemlәrin siyasi yollardan hәll edilә bilәcәyini söylәyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr