Bülәnt Arınç, kabinet yığıncağından sonra açıqlama verib

61-ci hökumətin son Nazirlər Kabineti yığıncağı Türkiyә cümhuriyyәtinin 12-ci cumhurbaşqanı seçilәn baş nazir Rəcəb Tayyib Ərdoğanın başçılığında ötәn gün baş tutub.

104028
Bülәnt Arınç, kabinet yığıncağından sonra açıqlama verib

61-ci hökumətin son Nazirlər Kabineti yığıncağı Türkiyә cümhuriyyәtinin 12-ci cumhurbaşqanı seçilәn baş nazir Rəcəb Tayyib Ərdoğanın başçılığında ötәn gün baş tutub.
Baş nazir müavini və hökumət nümayәndәsi Bülent Arınç, yığıncaqdan sonra verdiyi açıqlamada, 28 Avqustda, baş nazir Rəcəb Tayyib Ərdoğanın and içərək, cumhurbaşqanı vəzifəsinə başlamasıyla konkret seçki nəticələrinin dә rәsmi qәzetdә yayımlanmasının lazım olduğunu vurğulayıb.
TBMM sədri Cəmil Çiçəyin 28 Avqustda and içmə mərasimi ilә bağlı olaraq millәt vәkillәrini fövqəladə iclas üçün dәvәt etdiyini, bunun əvvəlində isә Ərdoğana mazbatasının təqdim ediləcəyini və mәrkәzi seçki məclisinin, seçkinin konkret nəticələrini eyni gün açıqlayacağını ifadә edәn Bülәnd Arınç, Çankaya Köşkündə dә tәhvil-tәslim mərasimi olacağını qeyd edib.
Mərasim ilә bağlı detalları da tәhlil etdiklәrini ifadә edәn Arınç, Əhməd Davudoğlunun, partiya lideri seçildikdәn sonra, 29 Avqustda Ərdoğan tərəfindən 62-ci hökuməti formalaşdırmaqla vәzifәlәndirilәcәyini deyib. Yeni hökumət də, bu günə qədərki hökumətlərinin müvəffəqiyyət trendini daha yüksəklərə çıxaracağına әminliyini ifadә edәn Arınç, yığıncaqda, terrorun sona çatması üçün davam edәn həll prosesinin dә müzakirә edildiyini bu mövzuda konkret yol xəritəsinin Sentyabr ayında həyata keçiriləcəyini vurğulayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr