İraqla bağlı әhәmiyyәtli toplantı baş tutub

Türkiyә, İraqda hәr ötәn gün artmaqda davam edәn gərginlik və İŞİD təhdidini həssaslıqla izlәyir.

82468
İraqla bağlı әhәmiyyәtli toplantı baş tutub

Türkiyә, İraqda hәr ötәn gün artmaqda davam edәn gərginlik və İŞİD təhdidini həssaslıqla izlәyir.
Xarici işlər naziri Əhməd Davudoğlunun başçılığı ilә xarici işlәr nazirliyindә keçirilәn vә tәxminәn 3 saat davam edәn yığıncaqda İraqda cәrәyan edәn son proseslәr müzakirә edilib. Yığıncağa, Milli Müdafiə naziri İsmət Yılmaz, kәşfiyyat idarәsinin başçısı Hakan Fidan, baş qərargah rәisinin müavini ordu Generalı Yaşar Gülər, Jandarm baş Komandiri General Sərvət Yörük və Quru qoşunları Komandiri General Hulusi Akar qatılıb.
Qeyd edәk ki, xarici işlər naziri Davudoğlu, ötәn gün qәbul etdiyi Kərkük vilayәt məclisinin rәhbәri Həsən Turan ilә İraqda cәrәyan edәn son hadisәlәr vә bunların Türkmənlərin üzərindəki mənfi təsirlərini tәhlil etmişdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr