Dövlǝt başçısı Abdullah Gülün vida ziyarǝtlǝri

Gül, ilk olaraq Türkiyǝ Böyük Millǝt Mǝclisi sǝdri Cǝmil Çiçǝki ziyarǝt edib.

79603
Dövlǝt başçısı Abdullah Gülün vida ziyarǝtlǝri

Dövlǝt başçısı Abdullah Gül vida ziyarǝtlǝrinǝ başlayıb.
Avqustun 28-dǝ vǝzifǝ müddǝti başa çatacaq olan Dövlǝt başçısı Gül, ilk olaraq Türkiyǝ Böyük Millǝt Mǝclisi sǝdri Cǝmil Çiçǝki ziyarǝt edib.
Cǝmil Çiçǝk, Cümhurbaşqanını mǝrasimlǝ qarşılayıb. Mǝclis sǝdri, 45 dǝqiqǝ davam edǝn görüşdǝn sonra verdiyi açıqlamada, Gülün, Dövlǝt başçısı olaraq Türkiyǝyǝ çox önǝmli xidmǝtlǝr göstǝrdiyini deyib.
Abdullah Gül dǝ, özünün Mǝclisin seçdiyi son Dövlǝt başçısı olduğunu bildirǝrǝk deyib ki, seçildiyim vaxt yaşadığım xoşbǝxtliyi, vǝzifǝm başa çatdığı anda da hiss edirǝm.
Gül, daha sonra Baş Nazirliyǝ gǝdǝrǝk Baş nazir Ərdoğana vida ziyarǝt reallaşdırıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr