Türkiyә, İsrailin hücumunu bir daha lәnәtlәyib

Türkiyә, Qəzza Zolağında BMT-nin məktəbini hədəf alaraq, ən azı 10 dinc sakinin ölümü ilә nәticәlәnәn hücumu şiddətlə qınayıb.

79183
Türkiyә, İsrailin  hücumunu  bir daha lәnәtlәyib

Türkiyә, Qəzza Zolağında BMT-nin məktəbini hədəf alaraq, ən azı 10 dinc sakinin ölümü ilә nәticәlәnәn hücumu şiddətlə qınayıb. BMT Baş katibi Pan Gi Moonun, hücumun bir cinayət hərəkəti təşkil etdiyinə dair fikiri ilə tamamilə razılaşdığını bildirib.
Xarici İşlər Nazirliyindən verilən açıqlamada, "Fələstinli vətəndaşların tək sığınacağı olan BMT-nin məktəbinə edilən hücum təəssüf ki, ilk deyil. Qəzzadakı BMT-yә mәxsus məskənlərin kordinatlarının İsrail orqanlarına əvvəldən bildirilməsinə baxmayaraq məktəbin hədəf alınması qorxuncdur” deyə vurğulanıb. İsrailin BMT binalarını hәdәf götürdüyü bu və daha əvvəlki hücumları beynəlxalq və insan hüquqları pozuntusu hesab edilir.
Türkiyə, beynəlxalq cəmiyyəti, İsrailin analoqu olmayan hücumlarına görə hesab verməsi üçün lazımlı addımlar atmağa çağırıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr