Cümhurbaşqanlığı seçkisi Türkiyǝnin diqqǝt mǝrkǝzindǝdir

Hakim partiya Әdalǝt vǝ İnkişaf Partiyası hǝlǝ namizǝdini açıqlamayıb.

104513
Cümhurbaşqanlığı seçkisi Türkiyǝnin diqqǝt mǝrkǝzindǝdir

Hakim partiya Әdalǝt vǝ İnkişaf Partiyası hǝlǝ namizǝdini açıqlamayıb. Müxalifǝtdǝki iki önǝmli partiya Cümhurtiyet Xalq Partiyası (CHP) və Milliyyətçi Hərəkət Partiyasının ortaq namizədi keçmiş İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Professor Әkmǝlǝddin İhsanoğlunun adını açıqlanmasından sonra böyük ǝks-sǝda yaratdı.
İhsanoğlunun namizǝdliyi haqqında mətbuatda, ictimai mediada müsbət-mənfi bir çox şərh-analiz yer almağa davam edir.
İctimaiyyətin diqqǝt mǝrkǝzindǝ, xüsusilə İhsanoğlunun Baş nazir Rəcəb Tayyib Ərdoğan dövlǝt başçılığına namizəd olacağı tǝqdirdǝ şansı olub olmadığı və səs nisbətləri dayanıb.
Әkmǝlǝddin İhsanoğlu, namizədliyinin açıqlanmasından sonra, "cümhurbaşqanının xalqımız tərəfindən ilk dəfə seçiləcəyi tarixi bir dövrü yaşayırıq. Ali millətimizi təmsil edən bu vǝzifǝyǝ namizədlik barəsində fərqli düşüncǝlǝri sahib siyasi partiyalar arasında anlayış birliyinin yaranması və cəmiyyətin hər tǝbǝqǝsini əhatə edən böyük bir razılığın ortaya çıxmasını xoşbəxtliklə qarşılayıram." –deyǝ açıqlama verib.
İhsanoğlu, seçkilǝ bağlı hazırlıqları da başladıb.
Baş nazir Ərdoğan isǝ gözlǝnilmǝyǝn bir addım ata bilǝcǝklǝrini deyib.
Digər tərəfdən, Baş nazir Rəcəb Tayyib Ərdoğan, Avropa turu çərçivəsində getdiyi Fransadan qayıdarkǝn, "Müxalifətin cümhurbaşqanı namizədi dəyişǝcǝyi halda, sizindǝki vəziyyət də dəyişə bilər mi?" şəklindəki bir suala cavab, "Ola bilər, gözlǝnilmǝyin bir addım ata bilǝrik.”-deyib.
AK Partiyanın namizədi həftə sonu elan edilǝcǝk. AK Partiyanın bu həftə içində bir sıra görüşlǝrin ardından həftə sonunda namizədini dǝqiqlǝşdirib bunu açıqlaması gözlǝnilir.
HDP-in namizədi isǝ gələcək həftəyə müəyyən olacaq. Xalqların Demokratik Partiyası (HDP) isə fövqəladə kongresindǝ yeni həmsədrlərini seçib.
Sǝlahattin Dǝmirtaş və Figen Yüksekdağ yeni həmsədrlər olaraq seçilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr