Ərdoğan, Avropaya 3 günlük səfər edəcək

Baş nazir Rəcəp Tayyib Ərdoğan, sabah Avstriya və Fransadakı vətəndaşlarla görüşmək üçün Avropaya 3 günlük səfər edəcək.

99066
Ərdoğan, Avropaya 3 günlük səfər edəcək

Baş nazir Rəcəp Tayyib Ərdoğan, sabah Avstriya və Fransadakı vətəndaşlarla görüşmək üçün Avropaya 3 günlük səfər edəcək.
Ərdoğan əvvəlcə Avstriyanın paytaxtı Vyanaya gedəcək.
Avropalı Türk Demokratlar Birliyinin yaranmasının 10-cu ildönümü münasibətilə təşkil olunan tədbirlərdə iştirak edəcək.
Daha sonra Baş nazir Ərdoğan Avstriya Xarici İşlər naziri Sebastyan Kurz ilə də görüşəcək. İyunun 20-də isə Parisdə Fransa prezidenti Fransua Ollandla görüşəcək.
Görüşdə, İraq, Suriya, 1915-ci il hadisələr ətrafındakı məsələrlə bərabər Türkiyənin Avropa Birliyinə üzvlük prosesi də gündəmə gələcək.
Baş nazir Ərdoğan, Parisdəki səfərindən sonra 21 İyun Şənbə günü Lyona gedərək Fransadakı Türk vətəndaşlarla bir araya gələcək.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr