Türkmənistan və Qırğızıstan dövlәt başçıları Türkiyədə səfərdəd

Liderlәr, Türk Dilli ölkələrin 4-cü zirvə toplantısında iştirak etmək üçün Türkiyədә sәfәrdәdilәr.

82612
Türkmənistan  və Qırğızıstan dövlәt başçıları Türkiyədə səfərdəd

Türkmənistan və Qırğızıstan dövlәt başçıları Türkiyədə səfərdədir.
Türk Dilli ölkələrin 4-cü zirvə toplantısında iştirak etmək üçün Türkiyəyə gələn Türkmənistan Dövlət Başçısı Qurbanqulu Berdimuhamedov , ötən gün prezident Abdullah Gül tərəfindən Çankaya Köşkündə qarşılanıb.
Daha sonra təkbətək və nümayəndə heyәtlәri arasında görüşlər keçirilib.
Abdullah Gül keçirilən birgə mətbuat konfransında , Türkmənistan ilə əlaqələrin yaxşı səviyyədə olduğunu vurğulayaraq “ Əlaqələrimizin hər sahədə daha da inkişaf etdirilməsi istiqamətində iradəmizi ortaya qoyduq. Türkmənistanla əlaqələrimiz ən çox iqtisadi sahәdә inkişaf edib” deyib.
Berdimuhamedov da ziyarətinin hədəfinə çatdığını söyləyib.
Berdimuhamedov daha sonra Baş nazir Ərdoğan ilə görüşmək və şərəfinə verilən günorta yeməyinə qatılmaq üçün Baş nazirliyә gedib.
Berdimuhammedov, Məclis sədri Cəmil Çiçəyi də ziyarət edib.
Prezident Abdullah Gül, Türkmənistan Dövlət Başçısı Berdimuhammedovun şərəfinə Çankaya Köşkündə şam yeməyi verib.

Abdullah Gül son 7 ildə iki ölkə arasındakı əlaqələri yüksək qiymətləndirərək , " Məqsədimiz bu münasibətləri daha artırmaq, əməkdaşlığımızı yeni formada davam etdirməkdir " deyib.
Berdimuhammedov da, ziyarətinin iki ölkə arasındakı əlaqələrin inkişafına və zənginləşməsinə təsir edəcəyinə inandığını ifadə edib.
Berdimuhammedov , prezident Abdullah Gülə Mahtumkulu Firaki nişanı təqdim edib.
Qırğızıstan prezidenti Almazbek Atambayev də , ötən gün Çankaya Köşkündə gələn digər bir lider olub.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr