ABŞ-nın Ankaradakı yeni səfiri

ABŞ Ankaradakı yeni səfirinin adı açıqlanıb.

82028
ABŞ-nın Ankaradakı yeni səfiri

Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama, Con Bassı Ankara Səfirliyinə rəsmi olaraq namizəd olaraq göstərib. Müxtəlif vəzifələrdə çalışan Diplomat Con Bass 2012-ci ildən Amerika xarici işlər naziri Cohn Kerrinin müşaviri olub. Orta şərq və Qafqaz bölgəsinə yaxşı bələd olan Bass, 2009 - 2012 illər arasında Gürcüstanda səfir kimi fəaliyyət göstərib. Yeni səfirin işə qəbul olunması üçün onun namizədliyi əvvəlcə Senatın xarici əlaqələr Komitəsində təsdiq olunmalıdır. Daha sonra Con Bass Ankarada səfir kimi fəaliyyət göstərə biləcək. Qeyd edək ki, Amerikalı diplomat İtalyan və Fransız dillərini bilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr