Beynәlxalq Aviasiya vә Kosmos sahәsindә sәrgi

iDünyanın әn böyük sәrgilәrindәn olan Berlin Beynәlxalq Aviasiya vә Kosmos sәrgisinin bu ilki rәsmi tәrәfdaş ölkәsi Türkiyәdir.

70416
Beynәlxalq Aviasiya vә Kosmos sahәsindә sәrgi

<p>Dünyanın әn böyük sәrgilәrindәn olan Berlin Beynәlxalq Aviasiya vә Kosmos sәrgisinin bu ilki rәsmi tәrәfdaş ölkәsi Türkiyәdir.
<p>Hәr il azı 40 ölkәdәn 1200 firma, 230 min iştirakçı vә 3600 media mәnsubunun qatıldığı sәrgidә texnologiyanın yeni mәhsulları nümayiş etdirilir.
<p>Almaniya kansleri Angela Merkel vә Türkiyәnin Nәqliyyat, Dәnizçilik vә Telekommunikasiya naziri Lütfi Әlvanın iştirakı ilә ötәn gün sәrginin rәsmi açılışı olub.
<p>Sәrgidә Türk firmaları ilә dünyanın nәhәng firmaları arasında әmәkdaşlığa dair sazişlәr dә imzalanır.
<p>Türk müdafiә sәnayesinin tanınmış qurumu Aselsan, Airbus vә Rolls Roycә, Roketsan isә Airbus ilә strateji әmәkdaşlığa dair saziş imzalayıblar.
<p>Türkiyә mayın 24-dәk açıq olacaq sәrgidә Müdafiә Sәnaye Müşavirliyinin tәşkilatçılığı ilә mülki vә hәrbi aviasiya sahәsindә fәaliyyәt göstәrәn 17 firma ilә tәmsil olunur.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr