Türkiyənin Milli Gəmisi - MİLGEM

Türkiyənin ən əhəmiyyətli layihələrindən biri olan Sualtı Müdafiə Hərbi və Kəşfiyyat Gəmisi (MİLGEM) Layihəsi yerli imkanlarla İstanbul Zavod Komandanlığında istehsal edildi.

1018865
Türkiyənin Milli Gəmisi - MİLGEM

Türkiyənin ən əhəmiyyətli layihələrindən biri olan Sualtı Müdafiə Hərbi və Kəşfiyyat Gəmisi (MİLGEM) Layihəsi yerli imkanlarla İstanbul Zavod Komandanlığında istehsal edildi. Layihə çərçivəsində indiyədək   4 milli gəmi istehsal edilib. Eyni zamanda, Türkiyə Pakistan Dəniz Qüvvələrinin ehtiyacı olan 4 gəminin inşa tenderini qazandı.

    Ölkəmizin ən önəmli layihələrindən biri olan Sualtı Müdafiə Hərbi və Kəşfiyyat  Gəmisi (MİLGEM) Layihəsi yerli imkanlarla  istehsal edilib. Layihə reallaşmağa başladıqdan sonra bəzən qarşıya müəyyən maneələr çıxır.  Buna baxmayaraq layihə həyata keçirilməyə davam edir. Ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Zavod Komandanlığında tətbiq olunana layihə barədə məlumatlandırılır. Ərdoğan layihəyə görə məsuliyyət daşıyan komandirlərə "MİLGEM layihəsi üçün nə lazımdırsa, mütləq edin, mən arxanızdayam" deyir. Bu gün verilən dəstəklərlə dördüncü gəmi dənizə buraxılmışdır. Bununla yanaşı, Pakistanla 4 gəminin inşa edilməsi ilə bağlı müqavilə imzalandı. Layihə çərçivəsində ilk gəmi - TCG HEYBƏLİADA (F-511) 27 sentyabr 2011-ci ildə, ikinci gəmi TCG BÖYÜKADA (F-512) 27 sentyabr 2013-cü ildə suya buraxılıb.

Üçüncü gəmi TCG BURQAZADA (F-513) 18 iyun 2016-cl il, dördüncü gəmi TCG XINALIADA (F-514) 3 iyul 2017-ci il tarixlərində dənizə endiriləcək.

 MİLGEM Korveti yüksək davamlılıq xüsusiyyətli olub, sualtı partlama şokuna dözümlü kater quruluşuna malikdir. Hər hansı bir maddi-texniki dəstək olmadan 10 gün ərzində dənizdə qala bilir. Korvetin texnoloji inkişaflara paralel olaraq çevik və sürətli adaptə ola bilən konfiqurasiyası vardır. Gəminin göyərtəsinə 10 tonluq helikopter gecə və gündüz  enib-qalxa bilir.

 Korvetin suüstü hərbi, sualtı müdafiə, havadan müdafiə , kəşfiyyat-müşahidə, asimmetrik təhdidlərə qarşı müdafiə və komanda-nəzarət vəzifələrini icra edən funksiyaları vardır. MİLGEM bu xüsusiyyətləri ilə dünyanın ən inkişaf etmiş hərbi xarakterli gəmilərindən biridir.

MİLGEM çoxqabiliyyətli bir sistemə malikdir. Bu çərçivədə verilən hərəkət vəzifələrini icra etmək məqsədilə:

  • Hava, suüstü, sualtı və elektron hərbi məqsədli, inkişaf etmiş hədəf arama və təqib sistemləri;
  • Suüstü hədəflərə qarşı  mərmi və top sistemləri;
  • Hava hədəflərinə qarşı mərmi və top sistemləri;
  • Sualtı hədəflərə qarşı torpeda sistemləri;
  • İnkişaf etmiş texnoloji müharibə sistemləri fəaliyyət göstərir.

Elektron dəstək və Lazer xəbərdarlıq sistemi (LİS) ilə RF/LAZER çıxış edən radar və G/M-ləri müəyyənetmə imkanını verir.

 Korvet bütün bunların inteqrasiyasını təmin edən Milli Komanda Nəzarət və Atəş Nəzarət Sistemlərinə malikdir.

Türkiyə milli gəmi istehsalında yüksək səviyyəli göstərici nümayiş etdirərək istehsal etdiyi milli məhsulunu başqa ölkələrə də satmağa başlayıb.

  Pakistan Dəniz Qüvvələri üçün 4 korvetin tenderi 5 iyul 2018-ci il tarixində sona çatdı və tenderi Türkiyə uddu. Bu tender Türkiyə müdafiə sənayesində bu günə qədər bir dəfədə 5 milyard dollarlıq məbləği ilə ən yüksək rəqəmli ixrac olaraq tarixə keçdi. Korvetlərdən ikisi Milli Müdafiə Nazirliyi nəzdindəki İstanbul Zavod Komandanlığında, digər ikisi isə Pakistanda, Karaçidə inşa ediləcək.

  Türkiyənin istehsal etdiyi milli gəmilərin xarici ölkələrə satılması ölkəyə iqtisadi gəlir gətirməklə yanaşı başqa töhfələr də verəcəkdir.

Türk Hərb-İş Həmkarlar İttifaqının Təhsil Şöbəsinin müdiri Tarkan Zənginin mövzu ilə əlaqədar dəyərləndirməsini təqdim etdik.

 



Әlaqәli Xәbәrlәr