Çubuqlu dondurmanın yaranması (mətin və audio)

TRT "Türkiyənin səsi" radiosu “Həyatı asanlaşdıran təsadüflər” rubrikasında bu gün sizə çubuqlu dondurmanın yaranmasından danışır, mətni oxuyur mən Sevda Mirzə

2137683
Çubuqlu dondurmanın yaranması (mətin və audio)

Çubuqlu dondurma ortaya necə çıxdı?

 

  İstər uşaq, istərsə də böyük isti yay günlərində dondurmaya “yox” deyə bilmir. Keçmişdən bu günə qədər südlü, kakaolu və ya meyvəli dondurma yayın şirin təravətləndirici rolunu oynayır.

  “İlk dəfə kim tərəfindən və harada hazırlandı” suallarına dəqiq cavab olmasa da, tarixi mənbələr dondurmanın ta qədim dövrlərdə Çindən Misirə, Yunanıstandan Roma imperatorluğuna qədər bir çox coğrafiyanın yemək mədəniyyətinə daxil olduğunu göstərir.

  Bu gün dondurmanın hazırlanması olduqca sadədir, amma əsrlər əvvəl dondurma hazırlamaq istəyənlər əvvəlcə dağların zirvələrindən topladıqları qarı dərin quyularda saxlayır, sonra süd və meyvə ekstraktları ilə qarışdıraraq isti yay mövsümündə donmuş halda, soyuq-soyuq təqdim edirdilər.

  İlk vaxtlarda Çin, Misir və Roma saraylarının vazkeçilməz dadı olan dondurmanın şöhrətini dünyanın ən ucqar nöqtələrinə aparan səyyahlar və tacirlər oldu. Zamanla incə təfərrüatları üzə çıxan və ictimaiyyətə yayılan dondurma artıq uzun illərdir ki, fəsillərdən asılı olmayaraq hər xalqın yemək mədəniyyətinin bir parçasıdır.

  Çox fərqli növləri və dadları olan dondurmanın tarixi əsrlərə gedib çıxsa da, çubuqlu dondurma XX əsrin əvvəllərində bir uşaq unutqanlığının şirin nəticəsi kimi maraqlıdır. 1905-ci ilin soyuq qış günündə San-Fransiskoda yaşayan Frenk Epperson (Frank Epperson, 1894-1983) adlı oğlan özünə meyvə suyu hazırlamaq üçün gizlicə anasının mətbəxinə girir və tez şkafdan su, soda və meyvə şirəsi götürür. Eyvana çıxan Frenk ətrafda tapdığı kiçik bir çubuqla bu üç inqrediyenti stəkanda yaxşıca qarışdırır, fikri evdə oyunda qaldığı üçün qaçıb içəri keçir, hazırladığı qarışıq su soyuq havada qalır.  

  Bir gün yataqdan qalxınca evin eyvanında qoyduğu meyvəli su birdən Frenk Eppersonun yadına düşür, tez götürməyə gedir. Soyuq havada donmuş meyvə suyunu içində qalan çubuğu ilə çəkincə gözəl bir mənzərə ilə qarşılaşır. İndiki çubuqlu dondurmanın ilk və orijinal variantını təsadüfən düzəltmiş olan Frenk bu halda südlü-meyvəli donmuş suyun dadını daha çox bəyənir. Epperson icadını eyni yaşda olan qonşu uşaqlarla paylaşır və onlara tez-tez bu yeni dondurmadan hazırlayır. Böyüdükcə anlayır ki, bu işi kommersiyaya çevirə bilər və edir də: 19 avqust 1924-cü ildə çubuqlu dondurmanı patentləşdirərək öz şirkətini qurur. Lakin onun bu təsadüfi ixtirasına ciddi bir rəqabət olur.

  Frenk Epperson o illərdə ABŞ-da dondurma bazarının güclü lideri olan bir fabrik tərəfindən “əqli mülkiyyət hüquqlarını pozmaq”da, başqa sözlə, oğurluqda ittiham olunur, məhkəməyə verilir, amma 6 aydan sonra o, güzəştə gedir, çubuqlu dondurmanı istehsal etmək üçün qurduğu şirkəti rəqibinə satır.

  Xüsusilə isti yay günlərində qısa zamanda uşaqların sevimlisinə çevrilən çubuqlu dondurma 1925-ci ildən fabrik istehsalı və böyük reklam kampaniyaları ilə ABŞ-ın hər yerinə yayılır.

  Yaranmasından bir əsr keçməsinə, fərqli markalar və yeni meyvə ləzzətləri ilə istehsala davam etməsinə baxmayaraq, çubuqlu dondurmanın əsas forması və damaqda buraxdığı dad elə sərin ləzzət olaraq qalır.



Әlaqәli Xәbәrlәr