Fuat Oktay mənəvi və humanitar dəstəyə görə Azərbaycana təşəkkür edib

Azərbaycanın Baş naziri Əli Əsədov ilə Türkiyenin vitse-prezidenti Fuat Oktay arasında telefon danışığı olub.

1945890
Fuat Oktay mənəvi və humanitar dəstəyə görə Azərbaycana təşəkkür edib

Azərbaycanın Baş naziri Əli Əsədov ilə Türkiyenin vitse-prezidenti Fuat Oktay arasında telefon danışığı olub.

Telefon danışığı əsnasında cənub-şərqində baş vermiş güclü zəlzələnin nəticələrinin aradan qaldırılması işlərinin gedişatı müzakirə edilib, Azərbaycan xilasedicilərinin fəlakət bölgələrində axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirdikləri xüsusi vurğulanıb.

Fuat Oktay zəlzələnin ilk saatlarından Türkiyeyə göstərilən mənəvi və humanitar dəstəyə, bu ağır fəlakətin nəticələrinin aradan qaldırılması və çətinliklərlə üzləşən insanlara yardım göstərilməsi üçün bütün imkanlarını səfərbər etdiyinə görə qardaş Azərbaycan dövlətinə və xalqına bir daha dərin təşəkkürünü bildirib.

Bu arada, Azərbaycan Müdafiə Nazirliyi Türkiyeyə növbəti yardım göndərib.

Bu barədə nazirlikdən məlumat verilib.

Qeyd olunub ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Türkiyedə baş vermiş zəlzələdən zərərçəkənlərə dəstək məqsədilə həyata keçirilən yardım tədbirləri davam edir.

Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin təminat bazasından qardaş ölkəyə qış səhra çadırları, ədyallar, çarpayılar, yataq kisələri, qızdırıcılar, elektrik generatorları və digər zəruri əşyalardan ibarət növbəti yardım yük avtomobili vasitəsilə Türkiyeyə göndərilib.



Әlaqәli Xәbәrlәr