Ceyhun Bayramov: ''Azərbaycan Ukraynaya bu günədək 40 milyon dollarlıq yardım edib''

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov müharibə zamanı Ukraynaya 40 milyon dollarlıq humanitar yardım etdiklərini bəyan edib.

2152212

Ceyhun Bayramov bunu Almaniyada keçirilən Ukrayna Bərpa Konfransında çıxışı zamanı deyib.
Azərbaycanın hər zaman Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini deyən Ceyhun Bayramov 2022-ci ildən Rusiya ilə davam edən münaqişəyə son qoyulmasının və problemin beynəlxalq hüquq normaları çərçivəsində diplomatik yollarla həllinin tərəfdarı olduqlarını bildirib.
Ceyhun Bayramov Azərbaycanın Ukraynaya humanitar dəstək verən ilk ölkələrdən biri olduğunu vurğulayaraq deyib: “Azərbaycan Ukraynaya dərman, ərzaq və elektrik generatorları da daxil olmaqla 40 milyon dollarlıq humanitar yardım edib”.

Әlaqәli Xәbәrlәr