Ruslan Kazakbayev Qırğızıstanın Türkiyədəki səfiri vəzifəsinə təyin olunub

Bu barədə Qırğızıstan Prezident Aparatının mətbuat xidmətindən verilən məlumatda bildirilib.

1905485
Ruslan Kazakbayev Qırğızıstanın Türkiyədəki səfiri vəzifəsinə təyin olunub

 

Qırğızıstanın keçmiş xarici işlər naziri Ruslan Kazakbayev Qırğızıstanın  Türkiyədəki səfiri vəzifəsinə təyin olunub.
Bu barədə Qırğızıstan Prezident Aparatının mətbuat xidmətindən verilən məlumatda bildirilib. Məlumata görə, ölkə prezidenti Sadır Caparovun sərəncamına əsasən Ruslan Kazakbayev Qırğızıstanın  Türkiyədəki səfiri vəzifəsinə təyin olunub.
Kazakbayev 2020-ci ilin oktyabrından 2022-ci ilin aprelinə qədər xarici işlər naziri vəzifəsini icra edirdi.
Ruslan Kazakbayev 2005-2008-ci illərdə ölkəsinin İstanbuldakı baş konsulu vəzifəsində çalışıb.
Qeyd edək ki, Özbəkistanın Səmərqənd şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə toplantısında Qırğızıstanın Türkiyədəki  səfiri Kubaniçbek Ömürəliyev Türk Dövlətləri Təşkilatının baş katibi vəzifəsinə  təyin edilib.



Әlaqәli Xәbәrlәr