Qıbrızlılar Qarabağ torpağını – Şuşa, Xocalı və Ağdamı ziyarət etdilər

Onları Azərbaycandan olan şəhid ailələrinin üzvləri müşayiət ediblər

2143491
Qıbrızlılar Qarabağ torpağını – Şuşa, Xocalı və Ağdamı ziyarət etdilər
Şimali Kiprdən olan şəhid ailələri Xocalı və Ağdam_02.jpeg

 

  Azərbaycanın Qarabağ torpağına səfər edən Şimali Kipr Türk Respublikasından (ŞKTR) olan şəhid ailələrindən və ictimai xadimlərdən ibarət nümayəndə heyəti Şuşadan sonra Xocalı və Ağdama gediblər. Onları Azərbaycandan olan şəhid ailələrinin üzvləri müşayiət ediblər.

  AZƏRTAC-ın bölgə müxbiri xəbər verib ki, Xocalıda şəhid məzarlarını ziyarət edən nümayəndə heyəti ermənilər tərəfindən törədilən vəhşiliklər, şəhərin 30 ildən artıq müddətdə işğal altında qalması, 2023-cü ilin sentyabrında Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkənin suverenliyinin təmin olunması barədə məlumatlandırılıb.

  Nümayəndə heyəti sonra Ağdam şəhərindəki Şəhidlər xiyabanında erməni barbarlığının şahidi olublar. Bildirilib ki, burada Birinci Qarabağ müharibəsində şəhid olan qəhrəman Vətən övladları, o cümlədən Xocalı soyqırımında öldürülən şəhər sakinlərinin bir hissəsi dəfn edilib. Ağdamda hər şeyi məhv edən erməni vandalları Şəhidlər xiyabanındakı qəbirləri də qazaraq dağıdıblar.

  Qeyd edək ki, səfər “Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin icra etdiyi “Türk dünyasının şəhid ailələri arasında əlaqələrin inkişafı” layihəsi çərçivəsində təşkil olunub. Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.



Әlaqәli Xәbәrlәr