Qazaxın dörd kəndi Azərbaycana qaytarıldı

Qazax şəhərinin Ermənistan tərəfindən işğal olunmuş 4 kəndi Azərbaycana qaytarılıb.

2143742
Qazaxın dörd kəndi Azərbaycana qaytarıldı

Qazax şəhərinin Ermənistan tərəfindən işğal olunmuş 4 kəndi Azərbaycana qaytarılıb.
Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası məsələləri və sərhəd təhlükəsizliyi üzrə Komissiyanın iclası çərçivəsində 4 kəndin geri qaytarılması prosesi başa çatıb.
Azərbaycan Nazirlər Kabinetindən verilən yazılı açıqlamada deyilir:
“Delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və bununla Azərbaycan Respublikasının Qazax rayonunun dörd kəndinin Azərbaycana qaytarılması təmin edilib''.
Aprelin 19-da Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası məsələləri və sərhəd təhlükəsizliyi üzrə Komissiyasının 8-ci görüşünün Protokolu imzalanıb.Beləliklə kəndlərin Azərbaycana qaytarılmasına dair prosesə start verilib.



Әlaqәli Xәbәrlәr