İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Azərbaycan Prezident İlham Əliyev Prezident Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.
1893220
Azərbaycan Prezident İlham Əliyev Prezident Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.
Başsağlığı məktubunda deyilir:
"Hörmətli cənab Prezident,
Əziz Qardaşım,
Bartın vilayətindəki mədəndə baş vermiş partlayış nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması xəbəri bizi son dərəcə sarsıtdı.
Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!"
Әlaqәli Xәbәrlәr
Azərbaycan Müdafiə Nazirliyi bəyanat yayıb
Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub