Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (24 mart 2022)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1801480
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (24 mart 2022)

 

  Azərbaycanda yeni növ koronavirus (Covid-19) infeksiyasına son sutkada 21 yoluxma faktı qeydə alınıb, 91 nəfər müalicə olunaraq sağalıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər koronavirusun qurbanı olub.

  İndiyədək ölkədə ümumilikdə 791 min 604 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 781 min 394 nəfər müalicə olunaraq sağalıb, 9672 nəfər həyatını dəyişib. Aktiv xəstə sayı 538 nəfərdir.

  Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 806, bu günə qədər isə ümumilikdə 6 milyon 676 min 788 test icra olunub.

  Martın 23-də Azərbaycanda yeni növ koronavirus (Covid-19) infeksiyası əleyhinə 6 min 914 doza vaksin vurulub. Gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 347, ikinci doza 787, üç və daha çox doza 5418, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 362-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 382 min 494, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 320 min 73, ikinci mərhələ üzrə 4 milyon 816 min 72, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 21 min 324, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 225 min 25-dir.



Әlaqәli Xәbәrlәr