Vüsalın "Vüsal gecəsi"

Paytaxt Bakıda Azərbaycanın şəhid kəşfiyyatçısı leytenant Vüsal Muradovun 25 illik xatirəsinə həsr olunmuş “Vüsal gecəsi” keçirildi

2144929
Vüsalın "Vüsal gecəsi"

 

  Paytaxt Bakıda Azərbaycanın şəhid kəşfiyyatçısı leytenant Vüsal Muradovun 25 illik xatirəsinə həsr olunmuş “Vüsal gecəsi” keçirildi.

  Bədii-ədəbi musiqili gecədə ilk olaraq dövlət himi səsləndirildi, sonra şəhidlərin əziz ruhları bir dəqiqəlik sükutla yad edildi.

  Tədbirdə Ağdam RİH başçısı Vaqif Həsənov, millət vəkili Müşfiq Məmmədov, BSU-nun rektoru Anar Nağıyev, Azərbaycan Müdafiə Nazirliyinin nümayəndələri, Ali Hərbi məktəbin kursantları, QHT və media nümayəndələri, şəhid anaları, qazilər, Vüsal Muradovun döyüş, kursant yoldaşları, əsgərlər və mədəniyyət əhli olub.

  “Vüsal gecəsi”ndə əməkdar artist Firuzə İbadova, Xalq artisti Gülyaz Məmmədova, Əməkdar artist Sevinc Sarıyeva və tələbələri, ifası ilə Ağdamı xatırladan Əməkdar artist Firuz Səxavət qəhrəman şəhidi öz vətənpərvər mahnıları ilə yad ediblər.

  Bədii qiraət ustası, Əməkdar artist Azad Şükürov gecənin iştirakçılarını məlahətli səsinin ahənginə bürüdü.

  Mirələm Mirələmov, Çilənay Hüseynova, Arif Səlimov, Məxfirət Alişanova gözəl ifaları ilə zalda əyləşənlərin alqışlarını qazandılar.

  Aşıq Elşad Abbas, tarzən Məhərrəməli Alişanov, bədii qiraət ustası Həlimə Sultan, Sair, Günay Nəriman, Sevinc Şirin, kanon ifaçısı Humay Abbas şəhid Vüsal Muradovu öz ifaları ilə ehtiramla yad etdilər.

  Xatirə gecəsində “Sübh şəfəqləri” rəqs ansamblının iştirakı ilə “Xarı bülbül” rəqsi tamaşaçılara təqdim olundu.

  Qulubəyovlar Mədəniyyət Mərkəzinin rəhbəri, bəstəkar, yazıçı Fərahim Sadiqin rəhbərlik etdiyi “Öncə vətən” qrupu da tədbirdə iştirak etdi.

  Tədbirin sonunda “Vüsal gecəsi”nin təşkilatçısı Qabil Ədalət şəhidin öz hərbi geyimində səhnəyə çıxaraq şəhidin anası Kəmalə xanıma yazdığı “Başına dönüm” şeirini oxuyub. Sonra şair xanımın əlindən tutaraq səhnəyə gətirib, onun başından yas rəmzi olan qara yaylığı açıb, yerinə yaşıl kəlağayını örtüb. Təşkilatçının bu hərəkəti böyük alqışlarla qarşılanıb.



Әlaqәli Xәbәrlәr