Azərbaycan Fransaya xəbərdarlıq edib

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransa mətbuatında Azərbaycan əleyhinə aparılan qarayaxma kampaniyalarına münasibət bildirib.

2144725
Azərbaycan Fransaya xəbərdarlıq edib

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransa mətbuatında Azərbaycan əleyhinə aparılan qarayaxma kampaniyalarına münasibət bildirib.

Ayxan Hacızadə deyib: “Fransanın qarayaxma kampaniyaları, yersiz bəyanatları və təxribatları cavabsız qalmayacaq”.

Ayxan Hacızadə bildirib ki, Fransanın daxili işlər naziri Jerald Darmanin Azərbaycanı “diktatura'' adlandırmasından sonra bu cür məsuliyyətsiz və qəbuledilməz bəyanatlara görə Azərbaycandan üzr istəməyib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Fransa mediasında Azərbaycana qarşı qarayaxma kampaniyasının genişləndiyinə diqqət çəkib.
''Bu ölkənin “demokratiya” pərdəsinə bürünərək Azərbaycana qarşı həyata keçirdiyi kampaniya Fransanın xarici siyasətinin uğursuzluğunun ört-basdır edilməsi cəhdidir" deyən Ayxan Hacızadə sözlərinə belə davam edib: "Dünyaya “demokratiya dərsi” keçməyə çalışan Fransanın beynəlxalq hüquqi pozuntuları, neokolonial siyasəti, irqçilik, diskriminasiya, islamofobiнa, insan hüquqlarının məhdudlaşdırılması kimi fəaliyyəti hər kəsə məlumdur. Fransa Azərbaycanı “diktatura” adlandırmazdan əvvəl öz hərəkətlərinə baxmalıdır”.
 



Әlaqәli Xәbәrlәr