Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (10 noyabr 2021)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1732255
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (10 noyabr 2021)

 

  Azərbaycan Respublikasında koronavirus (Covid-19) infeksiyasından daha 2248 nəfər müalicə olunaraq sağalıb, 1876 yeni yoluxma faktı qeydə alınıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 22 nəfər vəfat edib.

  İndiyədək ölkədə ümumilikdə 552 min 322 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub, onlardan 513 min 648 nəfər müalicə olunaraq sağalıb, 7342 nəfər həyatını dəyişib. Aktiv xəstə sayı 31 min 331 nəfərdir.

  Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8615, bu günə qədər isə ümumilikdə 5 milyon 309 min 867 test icra olunub.

  Qeyd edək ki, noyabrın 10-da Azərbaycanda yeni koronavirus (Covid-19) infeksiyasına qarşı 12 min 403 nəfər vaksinasiya olunub. Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 min 86, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 min 998 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı isə 6 min 319 nəfərdir.

  Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 9 milyon 941 min 341, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 1 min 669, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 442 min 475 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 497 min 197 nəfər təşkil edib.



Әlaqәli Xәbәrlәr