Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (17 sentyabr 2021)

Son sutkada Azərbaycanda koronavirus infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb.

1707409
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (17 sentyabr 2021)

Azərbaycanda yeni növ koronavirus (Covid-19) infeksiyasına son sutkada 1770 yoluxma faktı qeydə alınıb, 3788 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 24 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 468 min 943 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 427 min 493 nəfər müalicə olunaraq sağalıb, 6 min 251 nəfər vəfat edib. Aktiv xəstə sayı 35 min 199 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 min 781, bu günə qədər isə ümumilikdə 4 milyon 715 min 715 test icra olunub.

Sentyabrın 17-də Azərbaycanda 57 min 357 nəfər yeni növ koronavirus infeksiyası əleyhinə vaksinasiya olunub.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 min 920, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 39 min 437 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 7 milyon 863 min 592, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 588 min 732, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 3 milyon 274 min 860 nəfər təşkil edir.



Әlaqәli Xәbәrlәr