Bu hücumlar “Ərazinin genişləndirilməsi planı”na uyğundur
Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) “X” sosial media platformasındakı məlumatında bildirib
![Bu hücumlar “Ərazinin genişləndirilməsi planı”na uyğundur](http://cdn.trt.net.tr/images/xlarge/rectangle/970a/a2cd/d523/664b0d8994aac.jpg?time=1722042607)
İsrailin hücumları səbəbindən Rəfahdan köçmək məcburiyyətində qalanların sayı 810 mini keçdi.
Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) “X” sosial media platformasındakı məlumatında bildirib: “Qəzzada təhlükəsiz yer yoxdur. Hər dəfə ailələr məcburi köçkün olduqda həyatları ciddi risk altına düşür. İnsanlar təhlükəsizlik axtarışında hər şeyi geridə qoymağa məcbur olurlar”.
İsrailin hücumları altında olan Rəfahdan son 2 həftədə 810 mindən çox fələstinli Qəzzanın digər bölgələrinə köç etmək məcburiyyətində qalıb.
Qeyd edək ki, İsrail ordusu mayın 6-da verdiyi açıqlamada məcburi köçkün fələstinlilərin sığındığı Rəfahın şərqindəki bəzi məhəllələrin boşaldılması barədə xəbərdarlıq edib. Bundan sonra ayın 7-də İsrail ordusu Qəzzanın Rəfah bölgəsinə qurudan hücuma keçərək Misirlə sərhəd qapısının Qəzza tərəfini ələ keçirdiyini açıqlayıb.
İsrail Təhlükəsizlik Kabineti mayın 10-da bildirib ki, Rəfaha qurudan hücumlar “Ərazinin genişləndirilməsi planı”na uyğundur.