Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (18 avqust 2021)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1693484
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (18 avqust 2021)

 

  Azərbaycan Respublikasında koronavirus (Covid-19) infeksiyasından daha 968 nəfər müalicə olunaraq sağalıb, 4129 yeni yoluxma faktı qeydə alınıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 20 nəfər vəfat edib.

  Hazırkı dövrədək ölkədə 377 min 304 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub. Onlardan 341 min 142 nəfər müalicə olunaraq sağalıb, 5208 nəfər vəfat edib. Aktiv xəstə sayı 30.954 nəfərdir.

  Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 min 740, bu günə qədər isə ümumilikdə 4 milyon 252 min 882 test icra olunub.    

  Qeyd edək ki, avqustun 18-də Azərbaycanda yeni koronavirus (Covid-19) infeksiyasına qarşı 66 min 519 nəfər vaksinasiya olunub. Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 52 min 661, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13 min 858 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 5 milyon 932 min 734, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 3 milyon 526 min 467, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2 milyon 406 min 267 nəfərdir.



Әlaqәli Xәbәrlәr