Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (28 dekabr)

Azərbaycanda son 24 saat ərzində 3048 nəfər "Covid-19"dan sağalıb, 772 yeni yoluxma qeydə alınıb, 39 nəfər vəfat edib

1553445
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (28 dekabr)

Azərbaycan Respublikasında koronavirus (Covid-19) infeksiyasına 772 yeni yoluxma faktı qeydə alınıb, 3048 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

"Covid-19" üçün götürülən analiz nümunələri müsbət çıxmış 39 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 215 min 483 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 172 min 19 nəfər müalicə olunaraq sağalıb, 2 min 538 nəfər vəfat edib, aktiv xəstə sayı 40 min 926 nəfərdir.

Son 24 saat ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 min 502, ötən müddət ərzində isə ümumilikdə 2 milyon 163 min 64 test aparılıb.



Әlaqәli Xәbәrlәr