Özbəkistan Türk Şurasının fəaliyyətlərinə aktiv şəkildə qoşulmağa hazırdır

Özbəkistan Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının (Türk Şurası) fəaliyyətini məqbul sayır və xüsusilə ticari-iqtisadi, nəqliyyat, logistika və turizm sahələrində əməkdaşlığa maraq göstərir.

968792

Özbəkistan Xarici İşlər Nazirliyinin Mətbuat Katibliyi Türk Şurasına qatılacaq ölkənin bu istiqamətdəki fəaliyyətləri ilə əlaqədar Anadolu Xəbər Agentliyinin suallarını cavablandırdı.

Mətbuat Katibliyindən Özbəkistanın Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının (Türk Şurası) fəaliyyətini məqbul saydığı və xüsusilə ticari-iqtisadi, nəqliyyat, logistika və turizm sahələrində əməkdaşlığa maraq göstərdiyi bildirildi.

Xarici İşlər nazirliyi: "Türk Şurasının qərargahı olan İstanbuldakı mərkəzində Özbəkistanın bayrağını dalğalandırmaq niyyətindəyik. Bu, şübhəsiz ki, şuranın bundan sonrakı fəaliyyətlərinə daha aktiv şəkildə qoşulmağa hazır olduğumuzun simvolik göstəricisidir" deyə ifadə etdi.

Qeyd edək ki, Özbəkistan prezidenti Şevkat Mirziyoyev Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın bu ölkəyə rəsmi səfəri zamanı ölkəsinin uzun fasilədən sonra Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasında yenidən iştirak edəcəyi barədə məlumat vermişdi.

Әlaqәli Xәbәrlәr