Özbəkistanın Myanmaya rəhbərliyinə çağırışı

Özbəkistan Myanma rəhbərliyini arakanlı müsəlmanlara qarşı artan zorakılıq hasidələrini dayandırmağa çağırdı.

806209
Özbəkistanın Myanmaya rəhbərliyinə çağırışı

Özbəkistan Myanma rəhbərliyini arakanlı müsəlmanlara qarşı artan zorakılıq hasidələrini dayandırmağa çağırdı.

Özbəkistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən, Myanmadakı vəziyyət xüsusilə arakanlı müsəlmanlara qarşı artan şiddət hadisələri Özbəkistanda narahatlıq doğurur. Ümumdünya İnsan Hüquqları Bəyannaməsi və BMT-də müəyyənləşdirilən əsaslar ilə İslam Əməkdaşlıq Təşkilatının məqsəd və vəzifələrinə əsaslanaraq Özbəkistan bütün zorakılıq hadisələrini pisləyir. Myanma hökumətini günahsız müsəlmanlara qarşı zorakılıq hadisələrinə son qoyulması, şiddət hadisələrinin qarşısının alınması və problemin sadəcə sülhpərvər yollardan həlli üçün vacib olan tədbirləri görməyə çağırırıq.

Açıqlamada həmçinin Özbəkistan hökumətinin arakanlı qaçqınların ehtiyacları üçün humanitar yardım göndərmə qərarına yetişdiyi də bildirilib.

Myanma ordusunun silahlılarla mübarizəyə görə Arakan əyalətində avqustun 25-dən bəridir davam edən hücumlarında həyatını itirən müsəlmanların sayının minlərlə olduğu irəli sürülür.



Әlaqәli Xәbәrlәr